Laçında azan Ruslan Pənahov ailəsinə qovuşdu – APA TV

Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi, Ruslan Pənahov doğulduğu Şəmkir rayonuna gəlib və ailəsinə qovuşub.

Qeyd edək ki, fevralın 28-i səhər saatlarında Ruslan Eldəniz oğlu Pənahov Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. Ermənistanda Azərbaycan Ordusunun hərbçisinə qarşı uydurma ittihamlarla cinayət işi açılıb, Ruslan Pənahov müstəntiqin qərarı ilə həbs olunub.

Martın 4-də isə Ermənistan İstintaq Komitəsi Azərbaycan hərbçisi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib. O, martın 5-də Ermənistandan Bakıya gətirilib.

Müəllif | Apa.Tv
Apa.tv