13:41 22 sentyabr 2022 94
Ana səhifə Xəbərlər

Laçında iki məktəblə bağlı Elm və Təhsil Nazirliyinə pul ayrıldı

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

 

APA TV xəbər verir ki, Sərəncama əsasən, Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 min manat ayrılıb.

 

Dövlət başçısı Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında da Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın