Laçında şəhid olan hərbçilərimiz dəfn edildi

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbçisi Samir Xudiyev dəfn olunub. APA TV xəbər verir ki, 2003-cü il il təvəllüdlü şəhid əsgərin cənazəsi Sabaunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında yaylım atəşləri altında torpağa tapşırılıb. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib. Xatırladaq ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Hadisədə hər iki əsgərimiz şəhid olub.

Müəllif | Apa.Tv
Apa.tv