Laçındakı ermənilərə bu tarixə qədər vaxt verildi: Ətraf kəndlər də boşaldılır

 

30 illik işğal müddətində Azərbaycanın Laçın rayonuna yerləşdirilən ermənilər Qarabağdan Ermənistana gedən Gorus yolunu bağlayıblar. Etirazçılar bildiriblər ki, onlara ərazini tərk etmək üçün avqustun sonuna qədər vaxt verilib. APA TV xəbər verir ki, faktı “Armenia Today” telekanalına müsahibəsində qondarma qurumun Laçın rayonun ərazi nümayəndəsi Andranik Çavuşyan da təsdiqləyib. Hətta Qondarma Qurumun ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan kəndə gələrək sakinlərə bildirib ki, yeni avtomobil yolunun təhvilinə avqustun sonunda başlanılacaq. Buna görə də kənd həmin tarixə qədər boşaldılmalıdır. Nümayəndə kənd sakinlərinə onu da bildirib ki, alternativ yol tamamlandıqdan sonra Azərbaycan tərəfi Laçın şəhəri də daxil olmaqla, ətraf kəndləri nəzarətə götürəcək və ərazidəki Rusiya sülhməramlılarının postlarının yeri dəyişdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv