Laçının daha 93 sakini doğma yurduna qayıdıb

Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra ləyaqətlə, könüllü və təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Laçın sakinləri Ali baş komandana, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bununla da Laçın şəhərində 203 ailə, yəni 793 nəfərin daimi məskunlaşması təmin edilib. LƏMAN SALEHOVA FARİZ QULUYEV APA TV

Müəllif | Apa.Tv
Apa.tv