Laçının Güləbird kəndi uğrunda gedən döyüşdə şəhid olan əsgər İmişlidə dəfn edilib

Vətən Müharibəsində şəhid olan əsgər İmişlidə dəfn edilib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Vətən Müharibəsində şəhid olan İmişli rayonu Əliqulular kənd sakini, 2000-ci il təvəllüdlü, əsgər İsmayılov Rəcəb Nəcəf oğlunun nəşi bu gün doğulduğu Əliqulular kəndinə aparılaraq torpağa tapşırılıb. Onun oktyabrın 30-da Laçının Güləbird kəndində gedən döyüşlərdə şəhid olduğu bildirilir. 

Şəhidin dəfnində rayonun ictimaiyyət nümayəndələri, döyüş yoldaşları iştirak ediblər.

Qeyd edək ki, Rəcəb İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv
Apa.tv