Lavrov Ermənistan və Azərbaycana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək.

 

APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. 

 

Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək.

 

M. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv