Lavrovdan önəmli Minsk Qrupu AÇIQLAMASI

 “Minsk Qrupunu müzakirə etmədik, çünki, bu qurum fransalı və amerikalı üzvlərin təşəbbüsü ilə fəaliyyətini dayandırıb. Lakin postmünaqişə həll prosesini müzakirə etdik. Bunun üçün baza Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatıdır. Mövcud olan və illər boyu nəticəsiz müzakirə olunmuş bütün məsələlər 2020-ci ilin sentyabr, oktyabr, noyabr aylarında baş vermiş hadisələrdən sonra öz aktuallığı itirdi. Bu, obyektiv reallıqdır. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları bəyanat hamı tərəfindən yerdə qalan məsələlərin həlli istiqamətində hərəkət etmək üçün əsas kimi tanınır. Ona görə, biz bu mövqedən çıxış edirik. Başa düşdüyüm kimi, bu reallığı bizim avropalı qonşularımız da qəbul edir, Avropa İttifaqının səylərini yerdə qalan tapşırıqların həllinə daxil etməyə çalışır. Lakin onların hamısı qəbul edir ki, bu tapşırıqlar mənim xatırlatdığım üçüçtərəfli sənəddə qeyd olunub. Həmin sənədlər heç bir şəkildə Minsk Qrupunun fəaliyyəti ilə, yekun məqsəd istisna olmaqla, həmin qrupun indiyə kimi gördüyü işlərlə bağlı deyil. Yekun məqsəd isə Qarabağı əhatə edən rayonların azad olunması, Qarabağın və əhalisinin həyat fəaliyyəti məsələlərini həll etmək idi”. 

 

 

Minsk Qrupunun 30 illik fəaliyyəti dövründə hansısa nəticə əldə olunmadı. 44 günlük Vətən Mühraribəsindən sonra imzalanmış 3 tərəfli razılaşmadan sonra Azərbaycan BMT-nin 4 təhlükəsizlik haqqında bəyanatını yerinə yetirib. İşğalda olmuş 7 rayon azad edildi. Baxmayaraq ki, 2020-ci ilə qədər hər hansı nəticə əldə olunmamışdı, üçtərəfli bəyanatdan sonra Minsk Qrupunun üzvləri əlaqələr davam edirdi. Onların regiona səfəri ərəfəsində üzvlər ölkə rəhbərliyi tərəfindən qəbul edildi. Açıq şəkildə məsələlər müzakirə olundu, üstəlik, üzvlərə təklif olundu ki, yaranmış yeni reallıqda, post konflikt dövründə Azərbaycan həmsədrlərə qrupun fəaliyyət istiqaməti haqqında məlumat verilməsi istəndi. Lakin 1 il keçməsinə baxmayaraq, həmsədrlər tərəfindən hər hansı bir təklif almadıq. 2022 ci ilin fevral ayından Mink Qrupu iflic olub. Biz bu məlumatı müxtəlif mənbələrdən, eləcə də Rusiya, tərəfindən aldıq. Azərbaycanın mövqeyi uzunmüddətli və sağlam sülhdƏN ibarətdir. Buna görə də proses hər hansı formatın əsiri ola bilməz.

 

Müəllif | Apa.Tv
Apa.tv