Ləkər çayı daşdı, kəndlər suyun altında qaldı

Ötən gecədən başlayan intensiv yağış Lənkəranda fəsadlar törədib. Ləkər çayının daşması nəticəsində Girdəni, Kosalar, Şiləvar kəndləri subasmaya məruz qalıb. Əraziyə FHN-nin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, eləcə də Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda qüvvələr, su basan evləri tərk etmək istəyən vətəndaşların təxliyəsini, suyun çəkilərək kənarlaşdırılması işlərini və digər zəruri təhlükəsizlik tədbirlərini həyata keçirirlər. Ümumilikdə 22 nəfər vətəndaş təxliyə olunub.

Müəllif | Apa.Tv
Apa.tv