Lənkəran polisi tərəfindən 2 narkotacir saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 şəxs saxlanılıb.

Onların üzərindən və yaşadığı evlərdən külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, daxil olmuş məlumat əsasında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Şilavar kənd sakini Səfər Bunyatov saxlanılıb. Onun yaşadığı evə özünün iştirakı ilə keçirilən baxış zamanı 55 qram narkotik vasitə tiryək, 41 qram heroin, 13 qram psixatrop maddə olan metamfetamin, 4 qram qurudulmuş marixuana və narkotik vasitələrin satışı üçün istifadə etdiyi elektron tərəzi aşkar edilərək götürülüb. Bundan başqa..

Lənkəran polisinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi digər bir əməliyyat tədbiri nəticəsində isə Astara şəhər sakini Yusif Əliyev saxlanılıb. Onun üzərindən 134 qram heroin, yaşadığı evdən isə 2 bükümdə psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv