Lənkəran sakini külli miqdarda narkotiklə tutuldu

Lənkəran sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Valeh Əbdulov saxlanılıb. Onun evindən 2 kiloqram 230 qram heroin, 192 qram tiryək, 230 qram metamfetamin, 2 ədəd elektron tərəzi və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Valeh Əbdulovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. 

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tural Kərimov,

Rövşən Əzimov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv