Lənkəran sakininin evindən 3 kq-dan çox narkotik çıxdı
Lənkəran sakininin evindən 3 kq-dan çox narkotik aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları əldə edilmiş məlumat əsasında əməliyyat tədbiri keçirib. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Arzuman Məmmədov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2,4 kiloqrama yaxın heroin, 745 qram metamfetamin və 13 qrama yaxın metadon həbləri aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV