Lənkəran üsulu hədik aşı belə hazırlanır

 Milli mətbəximizdə daha çox mərasim yeməyi kimi tanınan hədik aşı hər bölgəmizdə bişirilən yeməklərdəndir. İlin soyuq aylarında, daha çox qışda bişirilən bu yemək buğdadan hazırlanır. Cənub bölgəsində bişirilən hədik aşı sulu qalmasına görə fərqlənir və hazır olması 5 – 6 saat çəkir. Aşın ocaqda hazırlanması isə yeməyə tam başqa dad verir. Öncə qazan su ilə doldurularaq qaynamaq üçün ocağın üstünə qoyulur. Su qaynayandan sonra bir gün əvvəl təmizlənmiş, yuyulmuş, isladılmış noxud və buğda qaynayan suya tökülür. Noxud və buğdanı bir gün əvvəl islağa qoymaqda məqsəd ondan ibarət olur ki, dənli bitkilər yumşalsın və tez bişsin. Ləman xanım deyir ki, o, hədik aşını nənələrinin bişirdiyi kimi bişirir və adət - ənənəni davam edir. Hazırda da, uşaqlıqda nənəsindən, anasından öyrəndiyi bütün növ yeməkləri olduğu kimi hazırlaya bilir. Təqribən 7 saat keçdi. Hədik aşımız hazırdır. Qeyd edək ki, hədik aşı körpələr ilk dişlərini çıxardan zaman “dişlik aşı” kimi də bişirilir. Aşı ilk dadan da körpə özü olur. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv