Lənkəran və Masallı sakinləri Cəlilabadda narkotiklə tutuldu
Cəlilabadda 3 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran şəhər sakini Qəhrəman Şirməmmədov və Masallı şəhər sakini Rüstəm Ramazanov saxlanılıb.
Onlardan bir bağlamada, çəkisi 1 kiloqram 320 qram heroin, 2 ədəd qabda ümumi çəkisi 1 kiloqram 680 qram metamfetamin aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslərin həmin narkotik vasitə və psixotrop maddəni İran vətəndaşı Şirzad adlı şəxs vasitəsilə əldə etdikləri və Ələt-Astara avtomobil yolunun kənarında əvvəlcədən gizlədilmiş yerdən götürdükləri müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV