Lənkəranda 19 yaşlı gənc çayda boğuldu

Lənkəranda 19 yaşlı oğlan çayda batıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Bəlləbur kənd sakini, 2001-ci il təvəllüdlü Elgün Əliyev Lənkərançay çayının Yuxarı Nüvədi kəndi ərazisindən keçən hissəsində batıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Nəticədə Elgün Əliyevin meyiti 8 metr dərinliyi olan çaydan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bədbəxt hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv