Lənkəranda 2 avtomobil toqquşub
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, qəza Şəhərin Heydər Əliyev prospektində, Lənkəran Regional Perinatal Mərkəzinin yaxınlığında qeydə alınıb. Sütəmurdov kənd sakini idarə etdiyi “Mercedes” və Liman şəhər sakini Cavad Ələkbərovun idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü Cavad Allahkərim oğlu Ələkbərov dünyasını dəyişib. Hadisə zamanı 1967-ci il təvəllüdlü Mehparə Cəsail qızı Rufullayeva qarın boşluğunun qapalı travması ilə xəstəxanaya yerləşdirilib.
Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV. Lənkəran