Lənkəranda 48 yaşlı velosipedçini maşın vurdu – VƏZİYYƏTİ AĞIRDIR
Lənkəranda 48 yaşlı velosipedçini maşın vurub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Rahim Məmmədov velosipedlə şəhərin Nizami küçəsi ilə hərəkətdə olarkən Əkbər Əliyev idarə etdiyi “Opel” markalı avtomobillə onu vurub. Ramin Məmmədov zərbənin təsirindən yolun kənarındakı suötürücü kanala düşüb.
Yaralı sürücü tərəfindən oradan çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.