Lənkəranda 60 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü

Ehtiyatsızlıq ölümlə nəticələnib. Lənkəran sakinini elektrik cərəyanı vuraraq öldürüb.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonunun Şilavar kəndi ərazisindəki yeni yaşayış massivində qeydə alınıb. Xeyrulla Qüdrət oğlu Əsədullayev övladının evində təmir işləri apararkən ehtiyatsızlıqdan onu cərəyan vurub.

 

Yaxınları onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsalar da, Xeyrulla Əsədullayevin dünyasını dəyişdiyi məlum olub. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv