Lənkəranda 68 yaşlı kişini maşın vurub
Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhərinin "Ləvəngi dairəsi"ndə qeydə alınıb. Lənkəran rayon Qurumba kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət Novruz oğlu Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən Lənkəran rayon Veravul kənd sakini, 1956-cı təvəllüdlü Məmməd Ağamalı oğlu Məmmədovu vurub. Yaralı dərhal Lənkəran şəhər Mərkəzi xəstəxanasına çatdırılıb.
Vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.
Ilkin Rzayev
Rövşən Almazoğl
APA TV Lənkəran