Lənkəranda 7 kəndi birləşdirən yolda sürüşmələr var

Bura Lənkəranın 7 kəndini birləşdirən Hirkan-Daşdatük-Biləsər yoludur. Deformasiyaya uğrayan yolda nəqliyyat vasitələrinin hərəkətində əməlli-başlı çətinliklər yaranıb.

 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hər yağış-qar yağanda burada yeni çökəkliklər, yol kənarında isə uçqunlar yaradır.

 

Turistlərin tez-tez üz tutduğu və dağ yamaclarından keçən bu yol 2018-ci ildə dövlət investisiyası hesabına əsaslı surətdə yenidən qurularaq istifadəyə verilib. Yol boyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən yolun asfalt qatı dağılıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağıya doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb.

 

Yol istismar idarəsinin nümayəndəsi onu da bildirdi ki, istinad divarlarının tikilməsi üçün Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq mütəxəssislər cəlb olunub. Yolun zərər görmüş hissələrinə baxış keçirilib, rəy və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV. Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv