Lənkəranda ağır qəza – BİR NƏFƏR ÖLDÜ, DÖRD NƏFƏR YARALANDI

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevə məxsus "VAZ-2107" toqquşub.

 

Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər yaralananlar 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli isə Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv