Lənkəranda ana ölümü: “Dedilər, ayılda bilmirik, dünyasını dəyişdi”

Lənkəranda doğuş zamanı ana ölümü baş verib. Lənkəran rayonunun Ləj kənd sakini 29 yaşlı Gülnar Fərzəliyeva səhər saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb. Qeysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, ananın həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Gülnar Fərzəliyeva ailə qurmaq üçün Liman şəhərinə gəlin köçüb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

Müəllif | Apa.Tv
Apa.tv