Lənkəranda Arvadını baltalayan kişi özünə də xəsarət yetirdi – APA TV

Lənkəranda ailə münaqişəsi qanla bitib. Hadisə rayonun Mamusta kəndində baş verib. Kənd sakini 69 yaşlı Şahəddin Məlikov, həyat yoldaşı 72 yaşlı Xanımqız Məlikovaya evin içində iki bıçaqla hücum edib. Arvadının küçəyə doğru qaçdığını görən kişi balta ilə arvadının başına, bədəninə zərbələr endirib. Sonra kişi, özünə xəsarət yetirib.

Hər iki şəxs Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Hər iki xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra müvafiq şöbələrə yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Şahəddin Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev

APA TV

Müəllif | Apa.Tv
Apa.tv