Lənkəranda avtomobil əsas yoldan çıxıb, 2 nəfər xəsarət alıb

Lənkəranda ata ilə qızı magistral yolda qəzaya düşüb. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza rayonunun Girdəni kəndi ərazisində baş verib. Culfa şəhər sakini, 1964-cü il təvəllüdlü sürücü, İmran Əli oğlu Yaqubov VAZ 2107” markalı avtomobillə əsas yoldan çıxıb və müəyyən hündürlükdən yol kənarına düşüb. Hadisə nəticəsində sürücü və avtomobildə olan qızı, 1993-cü il təvəllüdlü Cəmilə Yaqubzadə ciddi bədən xəsarətləri alıb. Onlar deformasiyaya uğramış avtomobildən çıxarılaraq açıq və qapalı sınıqlarla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəzanın hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv