Lənkəranda avtomobil qaçıran şəxsin üzərindən narkotik də tapıldı

Lənkəranda avtomobil qaçıran şəxsin üzərindən heroin və metamfetamin aşkarlanıb.

APA TV-nin cənub bürosundan verilən məlumata görə, Polis Şöbəsinə Liman şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Nəticədə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Füzuli rayon sakini İlqar Aslanov müəyyən edilərək saxlanılıb. Oğurlanmış avtomobil sahibinə qaytarılıb.

Həmçinin şəxsi axtarış zamanı İlqar Aslanovdan metamfetamin və heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv