“Kürə”də vurulan şəxs komaya düşdü - LƏNKƏRANDA“
Lənkəranda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, qəza "Kürə" kimi tanınan ərazidə baş verib.
Rayonun Xolmili kənd sakini - 1988-ci il təvəllüdlü Cavid Əflatun oğlu Əkbərov idarə etdiyi "Mercedes" markalı avtomobillə Viyən kənd sakini, 1962-ci il təvəllüdlü Ağasəlim Ağahüseyn oğlu Əhmədovu vurub. Ağır yaralanan piyadanı sürücü özü Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. O, komadadır.
Faktla bağlı araşdırma aparılır.