Lənkəranda bir müddət öncə itkin düşən gəlin tapıldı

Lənkəranda bir müddət öncə itkin düşən 18 yaşlı gəlin tapılıb.

 

APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, Lamiyə Valeh qızı Məmmədova ölkə ərazisindən tapılaraq ötən gecə ailəsinə təhvil verilib.

 

Qeyd edək ki, Lənkəran rayonunun Velədi kənd sakini, 2004-cü il təvəllüdlü Lamiyə Valeh qızı Məmmədova bir müddət öncə evdən çıxaraq, geri qayıtmayıb. Lamiyənin 3 aylıq hamilə olduğu bildirilir. O, evdən çıxarkən 40 manat pul götürüb. Hadisə ilə bağlı dərhal rayon Polis Şöbəsi məlumatlandırılıb. 18 yaşlı gəlinin axtarışları ötən gecə nəticə verib.

 

Müəllif | Apa.Tv
Apa.tv