Lənkəranda gəlinini döyən qayınananı polis saxladı

Lənkəranda qayınananın gəlini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.

 

APA TV xəbər verir ki, bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, nazirliyin Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qayınananın gəlinini amansızcasına döyməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:

 

“Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır”.

 

Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir.

 

Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt etirazına səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv