Lənkəranda karantin qaydalarını pozan çay evi aşkarlandı

Lənkəranda karantin qaydalarını pozan çay evi aşkarlanıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı şəhərin Qala xiyabani küçəsində yerləşən “Real” çay evində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və digər qaydaların pozulması halları aşkarlanıb.

 

Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi Ruslan Qəniyev və 6 nəfər müştəri Polis Şöbəsinə dəvət olunub və onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib. Ruslan Qəniyev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Digərləri barəsində isə protokol tərtib edilərək cərimə olunublar.

Müəllif | Apa.Tv
Apa.tv