Lənkəranda karantin qaydalarını pozan çay evi aşkarlanıb
Lənkəran rayonunun Kərgəlan kəndində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, həmin obyekti işlədən Kərgəlan kənd sakini Telman Rzayev və 5 nəfər müştəri Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə dəvət olunaraq, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.
Telman Rzayev karantin qaydalarını təkrarən pozduğu üçün onun barəsində toplanmış materiallar Lənkəran Rayon Məhkəməsinə göndərilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.