Lənkəranda maşınla vurulan piyada xəstəxanada öldü - APA TV

Lənkəranda maşınla vurulan piyada xəstəxanada öldü Lənkəranda maşınla vurulan piyada ölüb. APA TV-nin xəbərinə görə, 68 yaşlı Məmməd Ağamalı oğlu Məmmədov xəstəxanada keçinib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Qeyd edək ki, bu gün səhər saatlarında Lənkəran rayon Qurumba kənd sakini, 1981-ci il təvəllüdlü Qüdrət Novruz oğlu Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçmək istəyən Lənkəran rayon Veravul kənd sakini, 1956-cı təvəllüdlü Məmməd Ağamalı oğlu Məmmədovu vurub. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv