Lənkəranda mikroavtobus 50 yaşlı velosipedçini vurdu
Lənkəranda mikroavtobus 50 yaşlı velosipedçini vurub
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Ağcabədi rayon sakini, 1989-cu il təvəllüdlü Samir Cavadov idarə etdiyi "Ford" markalı yük mikroavtobusu ilə Gərmətük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Cəmil Məmmədovu vurub.
Yaralı ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qapalı kəllə-beyin travması, sağ bazu sümüyünün sınığı diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, 50 yaşlı Cəmil Məmmədov dülgərliklə məşğul olurmuş və hadisə velosipedlə işə gedərkən baş verib.
Faktla bağlı araşdırma aparılır.