Lənkəranda partlayış: yaralanan var
Lənkəranda bərbərxanada partlayış olub.
Hadisə "Ləvəngi" dairəsində qeydə alınıb. 28 yaşlı Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya daxil olub. Bərbərxananın işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.
Xəsarət alan Məhərrəm İsazadə Təcili Tibbi yardım avtomobili Lənkəran rayonun mərkəzi xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, ilkin araşdırmalar zamanı partlayışın səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borusunda olan sızıntı olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.