Lənkəranda qapalı zalda futbol oynayanlar cərimələndi
Lənkəranda karantin rejiminin qaydalarını kobud şəkildə pozanlar cərimələnib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Kərgəlan kəndi ərazisindəki qapalı zalda futbol oyunu təşkil edən 10 nəfər rayon sakini müəyyən edilib.
Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Obyektin sahibi Vidadi Yusubov barəsində toplanmış materiallar isə baxılmasından ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilib.