Lənkəranda təkər təmiri sexində partlayış – BİR NƏFƏR ÖLDÜ, BİR NƏFƏR YARALANDI
Lənkəranda bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Liman şəhəri ərazisində, təkərlərin təmiri sexində qeydə alınıb.
Belə ki, qaynaqçı işləyən şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Ağakişiyev yük maşınının təkərini təmir edən zaman ehtiyatsızlıq nəticəsində güclü partlayış baş verib.
Nəticədə Anar Ağakişiyev hadisə yerində vəfat edib, onun köməkçisi, 1979-cu il təvəllüdlü Eldəniz Şükürov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda Reanimasiya Şöbəsində müalicə alan Eldəniz Şükürovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV