Lənkəranda üç avtomobil toqquşdu, ərazidə olan piyada dünyasını dəyişdi
Lənkəranda zəncirvari qəza piyadanın ölümünə səbəb olub.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Girdəni kəndi ərazisində "Renault", "VAZ 21015" və "Hyundai" markalı avtomobillər toqquşub.
Zərbənin təsirindən maşınlardan biri həmin vaxt ərazidə olan piyadanı vurub. Nəticədə Lənkəran şəhər sakini, 40 yaşlı Kəmalə Hüseynova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.