Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub

Lənkəranda yol-nəqliyyat hadisəsi yaşayış massivini işıqsız qoyub.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza gecə saatlarında şəhərin Şəhidlər Xiyabanı küçəsində qeydə alınıb. Belə ki, "BMW" markalı minik avtomobili idarəetmədən çıxaraq işıq və elektrik dirəklərinə çırpılıb. Avtomobildə olan 2 şəxs - şəhər sakinləri, 1995-ci il təvəllüdlü Elnur Eldar oğlu Zeynallı və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan İ.İsmayılzadənin vəziyyəti orta-ağır qiymətl əndirilir.

 

Qəza nəticəsində hadisənin baş verdiyi ərazidə elektrik təchizatı dayandırılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv