Lerikdə avtomobil 85 metrlik yüksəklikdən dərəyə aşıb - SÜRÜCÜ ÖLDÜ
Lerikdə maşını dərəyə yuvarlanan sürücü ölüb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Piran kəndində “Niva” markalı avtomobil təxminən 85 metrlik hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü - Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev hadisə yerində vəfat edib. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Onun meyiti ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.