Lerikdə baş verən yol qəzasında ölənlər dəfn olundu

Ötən gün Lənkəran - Lerik yolunun 45-ci km-də baş verən qəzada ölən 8 nəfərin cənazələri ailələrinə təhvil verilib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, ölənlərin  7-si Boladi kənd qəbiristanlıqlarında, 1 nəfəri isə Göyşaban kəndindəki qəbiristanlıqda dəfn olunub.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

 

İlkin Rzayev

Rövşən Almazoğlu

APA TV Lənkəran

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv