Lerikdə “UAZ” 300 metr hündürlükdən dərəyə aşdı - 3 ÖLÜ, 2 YARALI VAR
Lerikdə maşının dərəyə aşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi "UAZ" yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü ilə yanaşı, sərnişinlərdən Elnarə İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Əliyev dünyasını dəyişib.
Qəza zamanı avtomobildə olanlardan 1984-cü il təvəllüdlü Mübariz Zeynalov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Digər yaralı, 2005-ci il təvəllüdlü Şeyda Əzimova isə Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, onun da vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV