Lerikin icra başçısı vəzifəsindən azad olunaraq, Ağsu RİH-in başçısı təyin edildi
Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.