Leysan və sel suları Qəbələdə kənd yolunu yuyub

 

Qəbələyə yağan leysan çaylarda suyun artmasına səbəb olub. Dağlara və rayona yağan güclü yağış nəticəsində rayon ərazisindən keçən Dəmiraparan çayında suyun səviyyəsi həddən artıq çoxalıb. Çayın məcrasını aşması Laza kəndinə gedən yolun bir hissəsinin yuyulmasına səbəb olub. Sel suları Kənd yolunun bir hissəsini tamamilə dağıdıb, bir hissəsində isə böyük çatlar əmələ gətirib. Bu da yolun yararsız hissələrindən istifadəni təhlükəli vəziyyətə gətirib çıxarıb.

Müəllif | Apa.Tv
Apa.tv