Leysan yağışlar Şəkidə fəsadlar törətdi

Leysan yağışlar Şəkidə fəsadlar törədib.

APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, avqustun 22-i axşam saatlarından başlayan aramsız yağışlar nəticəsində Şəki şəhərindən axan Qurcana,  Kiş çaylarında suyun səviyyəsi artıb, çaylarda qısa müddət ərzində sel keçib.

Qurcana çayında qısamüddətli sel keçməsi nəticəsində çayın şəhərin 20 Yanvar və Axundzadə  prospektlərindən keçən hissəsində ayrı-ayrı yerlərdə 50 metrdən çox  istinad divarları dağılıb, iri ğövdəli ağaclar aşıbişıq dirəkləri, telefon xətləri və qaz magistralının çay kənarıyla gedən hissəsi sıradan çıxıb. Çayın yataq hissəsində olan selin sürətini azaldan su tullamaları tamamilə dağılıb.

Müəllif | Apa.Tv
Apa.tv