“Lider” TV-nin müflis elan edilməsi tələb olunur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi ("Teleradio" İB) borclu "Lider TV və Radio-Azərbaycan" MMC-yə qarşı iflas elan edilmə haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edib.
"Teleradio" İB-dən APA TV-yə verilən məlumata görə, iş üzrə məhkəmə iclası iyunun 8-də Bakı Kommersiya Məhkəməsində keçiriləcək.