Liftlər əslində neçə ildən bir yoxlanılmalıdır?
FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi KİV nümayəndələri üçün təlim keçirib. Təlimdə Agentliyin məsul əməkdaşları və KİV nümayəndələri iştirak edib. Təlimin keçirilməsində məqsəd sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizlik məsələləri ilə bağlı əhalinin maarifləndirilməsi işində KİV nümayəndələrinə dəstək olmaq, eyni zamanda Agentliyin fəaliyyət istiqamətləri ilə onların yaxından tanış etməkdir.
Təlim zamanı Agentliyin fəaliyyəti ilə bağlı iştirakçılara geniş məlumat verilib, insanların təhlükəsizliyini təmin etmək üçün liftlərin 12 aydan bir, atraksionların isə 3 ildən bir texniki müayinədən keçirildiyi qeyd olunub. Yekun olaraq təlimdə iştirak edən KİV nümayəndələrinə FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən müvafiq sertifikatlar təqdim edilib.