Litvalı müşahidəçi: “Seçicilərin geniş seçim imkanı olub”

“Demokratik seçki hər ölkə üçün bir imtahandır. Azərbaycanı bu imtahanda uğur qazandığı üçün təbrik edirəm”.

 

APA TV-nin xəbərinə görə, bunu növbədənkənar parlament seçkilərini izləyən Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Valeriyus Simulik deyib: “Biz Bakıda seçkilərin normal şəraitdə keçəcəyinə əmin idik. Ona görə xahiş etdik ki, bizi regionlara aparsınlar. Regionlarda seçkiyə hazırlıq prosesi ilə tanış olmaq istəyirdik. Biz Cocuq Mərcanlıda olduq, həmçinin digər kəndlərdə də seçkiyə hazırlıq prosesini müşahidə etdik. Seçki günü Bakıda 3 dairə üzrə 15 məntəqədə olduq. Seçicilərlə, müşahidəçilərlə söhbətləşdik. Deputatlığa namizədlərin sayının da çox olması rəqabət şəraiti yaradırdı”.

 

Seçkilərin xalqın iradəsi olduğunu vurğulayan müşahidəçi səs verənlərin geniş seçim imkanı olduğunu bildirib. Onun sözlərinə görə, seçicilər istədikləri şəxslərə səs verib və səsvermə şəffaf şəkildə həyata keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv