"London taxi" sürücüsü sərxoş halda saxlanılıb - Bakıda

Gecə saatlarında Neftçilər prospektində manevr qaydalarını pozan avtomobil sürücüsü Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının hədəfinə tuş gəlib.

APA TV xəbər verir ki, Yol Patrul Xidmətinin əməkdaşları sürücüyə “saxla” əmri verib. London taksisi kimi fəaliyyət göstərən nəqliyyat vasitəsinin sürücüsündən kəskin spirt iyi gəlib. Onun sərxoş olduğunu ehtimal edən yol patrol xidmətinin əməkdaşları sürücü 27 yaşlı Mustafayev Rafiq Dənizxan oğlunu alkoqol sərxoşluğunun təyin etmə məntəqəsinə aparıb. Rafiq Mustafayev həkim müayinəsindən keçərkən sərxoş olduğu aşkarlanıb.

Daha sonar isə o, bu qərarla razılaşmayıb. Polisin qanuni əmrinə tabe olmamağa çalışıb. Buna görədə sürücü Rafiq Mustafayev Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə dəvət edilib. Nəqliyyat vasitəsinin sahibi yol polisindən qaçmağa çalışıb özüdə 22-ci polis şöbəsinin qapısını bağlayaraq…

Daha sonar şöbə əməkdaşları sürücünü bu əməlinin qarşısını alıb.

Maraqlısı budur ki, Rafiq Mustafayev sükan arxasında sərxoş olduğunu xəstəliyi ilə əlaqələndirib.

Sürücü Rafiq Mustafayev inzibati məsuliyyətə cəlb edilib

Müəllif | Apa.Tv
Apa.tv