Londonda “Xızı dağları” sədası altında Novruz şənliyi

İlin bir azərbaycanlı üçün ən gözəl vaxtıdır: bahar gəlir, təbiət oyanır. Hər nə qədər Londonun yağışlı havasından baharın gəlməsini hiss etməsək də, bu gün London Kollec Universitetinin (UCL) həyətində toplanan müxtəlif millətlərdən olan gənclər Novruz bayramını qeyd edirlər.

Qazaxıstan, Qırğıxıstan, Türkmənistan, Özbəkistandan olanlar, uyğurlar, tatarlar - hamı imtahan stresini, gündəlik problemini bir kənara qoyub rəqs edirlər.

Univeristetin içindəki stenddə isə həmin ölkələrin stendləri qurulub, milli paltarlar geyinmiş gənclər, öz xalqlarına aid suvenirləri, yeməkləri nümayiş etdirirlər.

UCL universitetinin Azərbaycan cəmiyyətinin prezidenti Yusif Süleymanov bildirir ki, xaricilər Azərbaycanın mətbəxi ilə, xüsusilə də şəkərbura və paxlavaları ilə çox maraqlanırlar.

Efe Oğuzlu isə Cənubi Azərbaycanı təmsil edir. O deyir ki, gözəl Azərbaycanımızı, Qarabağımızı fəxrlə təmsil edir.

6 ildir Londonda yaşayan Arzu Abbasova isə xüsusilə bayramları həmvətənlilərimizlə birgə keçirməyin əhəmiyyətinə toxunub.

Müəllif | Apa.Tv
Apa.tv