Mağazada satıcını bıçaqlayan şəxs tutuldu - QUBADA ƏMƏLİYYAT

 

Quba sakininə bıçaqla xəsarət yetirmiş şəxs saxlanılıb.

 

APA TV-nin şimal bürosunun məlumatına görə, hadisəni törədən şəxs rayonun Vladimirovka kənd sakini, əvvəllər l16 ilə yaxın müddətdə həbsxana həyatı yaşamış Firudin İskəndərovdur.

O, oktyabrın 28-də siqaret almaq üçün girdiyi dükanın satıcısı Vüqar Həsənovu bıçaqlayıb. Polisə isə məlumat yaralının çatdırıldığı Quba Mərkəzi Rayon Xəstəxanasından verilib: “1999-cu ildən bəri 2 dəfə məhkumluq həyatı yaşamışam. 15 il 6 ay həbs cəzası çəkib azadlığa çıxmışam. Vladimirovka kəndindən Quba gəlmişəm, Qubada olanda cinayət törətmişəm. Mağazaya girib siqaret almaq istəmişəm, bu zaman satıcı ilə mübahisəm düşdü və satıcını vurdum. Sonra hadisə yerini tərk elədim”.

 

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv