Mağazadan 6 min manat oğurlayıb, kameranın yaddaş qurğusunu götürməyi unutmadılar

Şirvan şəhərində yeni qəsəbədə fəaliyyət göstərən mağazada oğurluq hadisəsi qeydə alınıb. İlkin məlumata görə, mağazada olan terminalların pul saxlancı kəsilərək oğurlanıb. Eyni zamanda mağazanın müşahidə kamerasının yaddaş qurğusu da götürülüb. İlkin məlumatlara görə  ödəmə terminalında 6 min manata yaxın vəsait olub. Və orda olan bütün məbləğ oğurlanıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan  oğurluq hadisəsi ilə bağlı verilən açıqlamada bildirilib ki, bu gün səhər saatlarında Şirvan şəhəri ərazisində yerləşən mağazaların birində quraşdırılmış ödəmə terminalından oğurluq edilməsi ilə bağlı Şəhər Polis Şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisə yerində olublar və ilkin istintaq hərəkətləri həyata keçirilib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılır, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv